Polad VPN

Məxfilik siyasəti

Son yenilənmə: 19.11.2026

1. Giriş

PoladVPN mobil tətbiqi internet trafikiniz üçün şifrələnmiş VPN tuneli yaradır. Bu səhifə tətbiqin hansı məlumatları topladığını, nə üçün istifadə etdiyini, harada saxladığını və kimlərə göründüyünü izah edir.
Tətbiqdən istifadə etmək üçün hesab yaratmaq tələb olunmur. Bu versiya e-poçt ünvanı, ad, profil şəkli, ödəniş məlumatı, məkan, kontaktlar və reklam identifikatoru toplamır.

2. VPN trafiki

Tətbiq baxdığınız saytların siyahısını, DNS sorğularınızı, daxil olduğunuz təyinat IP ünvanlarını və tuneldən keçən məlumatın məzmununu toplamır, yoxlamır və PoladVPN-ə göndərmir.
VPN serverlərimizdə baxdığınız saytları, DNS sorğularını, təyinat IP ünvanlarını və ötürülən məlumatın məzmununu saxlamırıq.

3. Göndərilən məlumatlar

Qoşulma zamanı tətbiq PoladVPN xidmətinə bu məlumatları göndərir:

  • Cihaz identifikatoru.
  • IP ünvanınız. Tətbiq ünvanı PoladVPN xidmətindən alır və qoşulma sorğusuna əlavə edir. Qoşulmadan sonra bu ünvan adətən VPN çıxış ünvanı olur.
  • Seçilmiş VPN serverinin identifikatoru.
  • Qoşulma vaxtı.
  • Qoşulmanın avtomatik olub-olmaması.
Ayrılma zamanı tətbiq bunları göndərir:
  • Cihaz identifikatoru.
  • Seçilmiş VPN serverinin identifikatoru.
  • Ayrılma vaxtı.
  • Qoşulmanın müddəti (saniyə ilə).
Hər sorğuda tətbiq həmçinin tətbiq versiyasını və tətbiqin sabit adını (User-Agent) göndərir. PoladVPN serveri, istənilən internet xidməti kimi, sorğuların gəldiyi IP ünvanını texniki olaraq görə bilər. Qoşulmadan əvvəl (server siyahısını və VPN profilini yükləyərkən) bu, həmin anda istifadə etdiyiniz şəbəkənin IP ünvanıdır. Bu ünvanlar serverin ümumi sorğu loglarında saxlanılmır.

4. İstifadə məqsədi

Qoşulma və ayrılma zamanı göndərilən məlumat yalnız xidmətin işləməsi üçün işlənir.
Bu məlumatlar reklam göstərmək, reklamın nəticəsini ölçmək, profil yaratmaq, tətbiqlər və saytlar arasında izləmək və ya məlumat brokerinə satmaq və ötürmək üçün istifadə olunmur. Tətbiqdə reklam və analitika aləti yoxdur.

5. Saxlama

Qoşulma və ayrılma zamanı göndərilən məlumat (cihaz identifikatoru, IP ünvanı, server identifikatoru, vaxt) fərdi qeyd kimi saxlanılmır. PoladVPN xidməti Azərbaycan ərazisində yerləşən serverdə işləyir. Server YER Hosting tərəfindən təmin olunur.

6. Sürət testi və digər xarici sorğular

* Sürət testi: Yalnız siz başlatdığınız zaman tətbiq Cloudflare-in sürət testi xidmətinə (speed.cloudflare.com) müraciət edir. Bu sorğuda cihaz identifikatoru göndərilmir. Sorğu cihazınızdan getdiyi üçün Cloudflare həmin qoşulmanın IP ünvanını görə bilər.
* Ölkə bayraqları: Server ölkələrinin bayraq şəkillərini göstərmək üçün tətbiq flagcdn.com xidmətinə şəkil sorğusu göndərir. Bu sorğuda cihaz identifikatoru göndərilmir, amma xidmət sorğunun IP ünvanını görə bilər.

7. Cihazda saxlanan məlumatlar

Tətbiq cihazda bunları saxlayır: sevimli serverlər, VPN olmadan bağlantıların bloklanması seçimi, son seçilmiş server, tətbiqin dili və görünüşü, cihaz identifikatoru, VPN tunelinin işləməsi üçün lazım olan VPN profili və qoşulma sayğacları. Diaqnostik qeydlər və trafik sayğacları yalnız cihazda qalır və PoladVPN-ə göndərilmir. Bu məlumatlar reklam üçün istifadə olunmur.

8. Qorunma

PoladVPN xidməti ilə əlaqə TLS (HTTPS) ilə qorunur. VPN tuneli OpenVPN və ya WireGuard ilə şifrələnir.

9. Siyasətdə dəyişiklik

Siyasət dəyişərsə, bu səhifədə yeni versiyanı və yenilənmə tarixini dərc edəcəyik.

10. Əlaqə

Suallarınız üçün: vpn@poladvpn.com